Avqust 25, 2025-13:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

2024:05:03 - 16:08
in SİYASƏT
A A

Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Nihad Omeroviç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilindən məmnunluq ifadə olunub, aparılan müzakirələrin beynəlxalq əməkdaşlığın, həmçinin qlobal və regional sülhün, təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər, tarixin qara ləkələri olan Xocalı və Srebrenitsa soyqırımları kimi faciələrin bir daha təkrarlanmaması üçün davamlı sülh istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Söhbət zamanı Azərbaycan və Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq əlaqələrinin tarixindən, bugünkü inkişafından, həmçinin müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən bəhs edilib. İki ölkə arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin genişləndirilməsi, deputatların dostluq qrupları çərçivəsində, həmçinin beynəlxalq parlament təşkilatlarında qarşılıqlı faydalı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib

Növbəti Yazı

Qəzza Səhiyyə Nazirliyi İsrailin hərəkətləri nəticəsində 34,6 mindən çox insanın öldüyünü bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.