“Report” xəbər verir ki, bu barədə Komitənin payız sessiyası üçün nəzərdə tutulmuş iş planında yer alıb.
Belə ki, sessiya müddətində “Milli Parlamentlər, ekoloji insan hüquqları və davamlı inkişaf – “Yaşıl Qarabağ” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda türk dövlətləri, həmçinin xarici ölkə parlamentlərinin insan hüquqları komitələrinin iştirakı gözlənilir.
Həmçinin ekoloji profilli QHT-lər və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ekoloji insan hüquqları mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.
Eyni zamanda, COP29-ekoloji və milli iqlim qanunvericiliyi, dünya təcrübəsinin müqayisəli təhlili və Azərbaycan mövzusunda müzakirənin keçirilməsi də diqqət mərkəzində olacaq.