Milli Məclisin payız sessiyasının növbəti plenar iclası davam edir.
“Report”un xəbərinə görə, qanunverici orqanın bugünkü iclasının gündəliyinə dəyişiklik edilib.
Belə ki, toplantının gündəliyinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi əlavə olunub. Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 9-a çatıb.