Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti arasında olan əlaqələr günbəgün genişlənir, inkişaf edir, özünün ən qürurverici anlarını yaşayır. Bütün sahələrdə ölkələrimiz arasında sıx əməkdaşlıq və dostluq əlaqələri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, belə əlaqələrin yaranmasında, genişlənməsində ölkə liderlərinin son dərəcə böyük rolları var. “Xalqlarımız həm çətin günlərdə, həm də xoş zamanlarda hər zaman bir-birinin yanında olub. İmzalanmış Şuşa Bəyannaməsi bizim qardaşlığımızı, dostluğumuzu strateji müttəfiqliyə çevirdi. Bu gün bölgədə baş verən hadisələr bir daha göstərir ki, Şuşa Bəyannaməsinin imzalanması vaxtında atılmış, son dərəcə müdirik və uzaqgörən bir adım olub”, – deyə Ə.Əmiraslanov qeyd edib.
