Avqust 26, 2025-9:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclisin sədri: Azərbaycan və Tacikistan parlamentləri arasında çox səmərəli əməkdaşlıq qurulub

2024:10:11 - 15:42
in SİYASƏT
A A

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdən əvvəl beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Düşənbə şəhərində yerləşən “Dostluq” meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.

Sonra Tacikistan Parlamentində Beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Qafarova parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Sahibə Qafarova Tacikistan xalqının Konstitusiyanın qəbulundan əvvəl 90-cı illərin əvvəllərində baş vermiş o çətin günləri heç vaxt unutmayacağını, bu gün isə sabit və dinamik inkişaf edən Tacikistanın ölkə Prezidenti Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlar əldə etdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Çünki Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Sahibə Qafarova bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.

Əvvəlki Yazı

KXDR Xarici İşlər Nazirliyi Cənubi Koreyaya “yekun” xəbərdarlıq edib

Növbəti Yazı

Adil Kərimli: Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.