Avqust 11, 2025-11:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclisin sədri Türkmənistanda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

2025:08:04 - 18:23
in SİYASƏT
A A

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri çərçivəsində avqustun 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb.

Azərbaycanın və Özbəkistanın prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib. Qeyd olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir. Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o cümlədən cari ilin iyulunda Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb. Forum çərçivəsində imzalanan “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı”, həmçinin Milli Məclislə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının reqlamentinin münasibətlərimizin gələcək inkişafı baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılaraq, bu sənədlərin parlamentlərimiz və onların komitələri, dostluq qrupları və deputatlar arasında əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyətli imkanlar yaratdığı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Şamaxıda Moldovanın üzüm sortlarından ibarət nümayiş bağı salınıb

Növbəti Yazı

Türkiyə: Ərdoğan tezliklə Kiyevə səfər edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.