İyun 15, 2025-18:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılacaq

2025:04:07 - 16:37
in MƏDƏNİYYƏT
A A

Aprelin 17-də Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Arts Council Azerbaijan və Milli Xalça Muzeyinin təşkilatçılığı, European Crafts Alliance və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin müəllifi Sona Quliyevadır.

Sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid köhnə, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində 25 peşəkar rəssamın müxtəlif janrlarda çəkdiyi rəsmlər nümayiş olunacaq. Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Təsviri sənət nümunələrində Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib.

Layihənin əsas məqsədi Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqidir. Qarşıya qoyulan əsas hədəf isə yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olan xalça sənətini dünyada daha geniş tanıtmaqdır.

Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir.

Sərgi aprelin 27-dək davam edəcək.

Əvvəlki Yazı

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb

Növbəti Yazı

Naxçıvanda yeni salınan tut bağlarına aqrotexniki qulluq göstərilib, yeni tinglər əkilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.