Sentyabr 13, 2025-21:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

2024:05:21 - 17:53
in MƏDƏNİYYƏT
A A

 

Mayın 21-də Azərbaycan Milli Xalça Muzeyində Latviyada fəaliyyət göstərən Yanis Akuraters Muzeyi üçün yenidən yaradılan Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru Rita Meinerte, Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere çıxış ediblər.

Onlar 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyi və Xatirə Muzeyləri Birliyi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən birgə layihənin iki ölkə arasında mədəni əlaqələrə töhfə olduğunu bildiriblər. Həmçinin diqqətə çatdırılıb ki, Yanis Akuraters Muzeyində qorunan ağ-qara arxiv fotosunda əksini tapan xalça azərbaycanlı və xarici ekspertlər tərəfindən təhlil edilib, onun Qarabağ qrupuna aid “Dəryanur” xalçası olması, materialı, rəngləri və ölçüsü müəyyənləşdirilib. Vaxtilə Yanis Akuratersin evində yer alan həmin sənət nümunəsi Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində yenidən toxunub.

Sonra qonaqların iştirakı ilə “Dəryanur” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib, bu sənət nümunəsinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovadır.

Əvvəlki Yazı

Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib

Növbəti Yazı

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.