Avqust 21, 2025-9:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Xalça Muzeyində “Xəttin şifrəsi” kitabının təqdimatı olub

2023:12:20 - 17:29
in MƏDƏNİYYƏT
A A

Dekabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində muzeyin Elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Xəttin şifrəsi” kitabının I cildinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi kitabın əhəmiyyətindən danışıb.

Bildirib ki, monoqrafiyada xalçalarda “nöqtə” və “xətt” anlayışlarından, bu həndəsi elementlərin Azərbaycan və digər türkdilli xalqların mifoloji dünyagörüşünə təsirindən bəhs olunub. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi sənət nümunələrini də bəzəyən nöqtə və xətlərin yaratdığı semantik mənalar açıqlanıb. Müəllif uzun illər apardığı araşdırmalar əsasında xətt anlayışına tarixi-fəlsəfi aspektdən yanaşaraq onların rəmzi xüsusiyyətlərini göstərib.

Monoqrafiyanın hazırlanmasını yüksək qiymətləndirən İlqar Fəhmi, bu çətin işin ərsəyə gəlməsində Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun əməyinə böyük dəyər verildiyini bildirib.

Qeyd edək ki, illüstrativ materiallarla zəngin olan yeni nəşr gələcək tədqiqatçılar üçün də dəyərli mənbə rolu oynayacaq.

Əvvəlki Yazı

Bakıdakı Rus evində Nigar Bağırovanın fərdi sərgisi açılıb

Növbəti Yazı

“Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri” – doktorantlar üçün təlim

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.