May 14, 2025-16:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Mina təhlükəsi ilə bağlı Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə olunub

2024:08:27 - 18:11
in SİYASƏT
A A

Mina və partlamamış hərbi sursat təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti səfəri Vyetnam Sosialist Respublikasına baş tutub.APA ANAMA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.Qeyd edilib ki, Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.Mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə tərəfdaşlığın genişləndirilməsi, əldə edilən yeniliklərin minatəmizləmə fəaliyyətində tətbiqi Agentlik üçün xüsusi önəm daşıyır.Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndə heyəti ölkəmizdə mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib.Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcək.

Əvvəlki Yazı

Almaniya deportasiyaları daha fəal həyata keçirməyə çağırıb

Növbəti Yazı

Tagesspiegel binası boya ilə örtülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.