İyun 16, 2025-7:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Mina Xəbərdarlığı Günü ilə bağlı Qarabağda ağacəkmə aksiyası keçirilib

2024:04:04 - 14:00
in HADİSƏ
A A

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Avropa İttifaqı və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının ANAMA və Minalar üzrə Məsləhət Qrupunun nümayəndələri, eləcə də Böyük Britaniya hökumətinin dəstəyi ilə BAMF-ın icra etdiyi layihənin əməkdaşları da iştirak ediblər.

Tədbirdə çıxış edən BAMF-in prezidenti Umud Mirzəyev Ermənistanın işğalçılıq və terror siyasəti nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə ekoloji duruma dəyən ziyandan danışıb. Bildirib ki, Azərbaycanın nəinki işğal edilmiş, eləcə də işğal altında olmayan, keçmiş cəbhəyanı əraziləri də Ermənistanın ekoloji terrorunun qurbanına çevrilib. Tarixi Sultanbud meşəsinin də təbii landşaftı və ağacları Qarabağ müharibəsinin təsiri nəticəsində məhv edilib. Bugünkü ağacəkmə aksiyası dünyada minalarla mübarizə proqramlarına, tarixi Sultanbud meşəsinin bərpasına, eləcə də Azərbaycanın 2024-il ildə ev sahibliyi edəcək COP29 tədbirinə töhfə məqsədi daşıyır.

Aksiya zamanı Sultanbud meşəsinin Tərtər rayonu Buruc kəndi ilə Xoruzlu kənd arasındakı əraziyə 3300 ədəd ağac əkilib.

Əvvəlki Yazı

Yuxu insan sağlamlığı üçün ən əhəmiyyətli tələblərdən biridir

Növbəti Yazı

Rasim Musabəyov: Heç bir qüvvə Azərbaycanla Türkiyə arasına girə bilməz – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.