Sentyabr 10, 2025-15:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mingəçevir Dövlət Universitetində əmək bazarının nümayəndələri ilə görüş keçirilib

2024:10:16 - 13:15
in SOSİAL
A A

Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarının nümayəndələri ilə görüş keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi tələbələrin əmək bazarına hazırlıq səviyyəsini artırmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək və iş dünyasına inteqrasiya prosesini asanlaşdırmaq olub.

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi, dosent Nüşabə Qədimli tələbələrin əmək bazarına hazırlıq prosesi ilə bağlı geniş məlumat verib, tədris planının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tələbələrin bu tələblərə cavab verən ixtisas bilikləri ilə təchiz olunması və praktiki təcrübənin bu prosesdəki əhəmiyyətindən söz açıb. Nüşabə Qədimli bildirib ki, universitetin məqsədi tələbələri yalnız nəzəri biliklərlə deyil, həm də real iş mühitində istifadə edilə bilən praktiki bacarıqlarla təmin etməkdir.

Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova tələbələrin tədris müddətində praktik biliklər əldə etmələrinin vacibliyini vurğulayıb. O, əmək bazarının nümayəndələrinə müraciət edərək, onların təcrübə prosesində daha fəal iştirak etmələrini və tələbələrə öz sahələrində praktiki biliklər verməklə bu prosesə dəstək olmağı təklif edib.

İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev isə tələbələrin əmək bazarına inteqrasiya prosesində əmək bazarı nümayəndələrinin maraqlı olmasının vacibliyini və bu sahədə göstərdikləri təşəbbüsləri yüksək dəyərləndirib. Bildirib ki, tələbələrin gələcəkdə əmək bazarında rəqabətədavamlı olması üçün iş dünyasının nümayəndələri ilə sıx əməkdaşlıq zəruridir.

Görüşdə iştirak edən əmək bazarı nümayəndələri arasında “Elastik” MMC-nin direktoru Vaqif Həsənov, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı, Mərkəzi Aran Regional məşğulluq filialının müdiri Seymur Yusibov, Kür Olimpiya bazasının baş mühasibi Evin Həşimov, “Qədiroğlu” MMC-nin direktor müavini Cuma Süleymanov, Dəmir beton məmulatları zavodunun direktoru Rafiq Paşayev, Mingəçevir şəhər üzrə maliyyə idarəsinin rəisi Sultan Əsədov, “Kapital Bank” ASC-nin Mingəçevir filialının mikro kreditlər üzrə bölmə rəhbəri Elman Qədimov və Mingəçevir Regional “Asan xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev yer alıb.

Qonaqlar hər biri öz sahələrində tələbələrin peşə hazırlığının və praktiki təcrübənin əhəmiyyətini vurğulayıblar. Hər bir qonaq tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmalarının əmək bazarında uğur əldə etmələri üçün vacib olduğunu bildiriblər. Qonaqlar, həmçinin tələbələrin müvafiq sahələrdə təcrübə keçmələri üçün öz müəssisələrində lazımi şərait yaratmağa hazır olduqlarını qeyd ediblər.

Görüşün yekununda həftədə bir dəfə tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçməsi barədə razılıq əldə olunub. Bu razılıq çərçivəsində tələbələrin nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirilərək, onların əmək bazarına uyğun hazırlığı təmin olunacaq. Mingəçevir Dövlət Universiteti tələbələrinin təhsil müddətində əmək bazarı ilə sıx əlaqədə olmaları, onların karyera perspektivlərini genişləndirəcək və əmək bazarının tələblərinə uyğun kadr kimi yetişmələrinə şərait yaradacaq.

Əvvəlki Yazı

Deputat: COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik

Növbəti Yazı

Naxçıvanda ekodüşərgə təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.