Avqust 13, 2025-13:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

2024:03:19 - 14:26
in MƏDƏNİYYƏT
A A

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib.

Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərini və qonaqları təbrik edib, onlara xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.

Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığı nümayiş etdirdiyini bildirən rektor bu il Novruz tonqallarının bütün ölkə ərazisində qalanmasının xalqımıza xüsusi bir sevinc və sonsuz qürur hissləri yaşatdığını vurğulayıb. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhvali-ruhiyyədə və ərazi bütövlüyü təmin olunmuş şəraitdə qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu vurğulayan rektor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Tədbirdə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, fəlsəfə doktoru Səadət Ağakişiyeva Novruz bayramının tarixi haqqında danışıb, bu milli bayramın əsas xüsusiyyətləri, adət və ənənələri barədə məlumat verib.

Daha sonra bayram tonqalı qalanıb.

Konsert proqramı ilə davam edən bayram tədbiri Novruz personajlarının iştirakı, istedadlı tələbələrin musiqi nömrələri ilə davam edib.

MDU ailəsi Novruzun rəmzi olan bayram tonqalının ətrafında “Yallı” gediblər.

Əvvəlki Yazı

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Əl-Edeis bölgəsində Hizbullahın postuna hücum edib

Növbəti Yazı

Media: Pakistan ordusu Türkiyə və BƏƏ-də Taliban əleyhdarları ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.