İyul 31, 2025-11:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mingəçevir Dövlət Universitetində Tədqiqat və İnkişaf İnstitutu yaradılır

2025:07:29 - 14:11
in SOSİAL
A A

Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi istiqamətində növbəti addım atılıb. Universitetin yeni elmi təşəbbüsü çərçivəsində Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

MDU-dan AZƏRTAC-a bildirilib ki, yeni institutun əsas məqsədi regionun spesifik imkan və ehtiyaclarını nəzərə alaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, həmçinin dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılmasıdır. Bununla yanaşı, institut bu istiqamətlərdə ixtisaslaşmış elmi kadrların hazırlanmasını öz fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihəyə Ramil Həsənov rəhbərlik edir. O, “Detal Holdinq” və “Azəralüminium” MMC kimi sənaye müəssisələrində çalışıb, Azərbaycanda və İspaniyanın Xaen Universitetində ali təhsil alıb. R.Həsənov, həmçinin Avropa və Asiyanın müxtəlif ölkələrində, o cümlədən “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” kimi qabaqcıl şirkətlərində elmi-praktik təcrübə toplamış tədqiqatçıdır.

İnstitutun elmi istiqaməti və rəhbər heyətinin potensialı nəzərə alındıqda, bu qurumun MDU-da dayanıqlı və regiona xas tədqiqatların aparılması, sənaye-təhsil əməkdaşlığının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınan elmi nəticələrin əldə olunması baxımından mühüm töhfə verməsi gözlənilir.

Qeyd edək ki, bu təşəbbüs MDU-nun elm və tədqiqat prioritetlərinə uyğun olaraq, regionun innovativ inkişafına dəstək verməklə, Azərbaycanın elmi-iqtisadi mühitinə dəyərli bir əlavə olacaq.

Əvvəlki Yazı

İsrailin Qəzza zolağındakı hərəkətləri nəticəsində ölənlərin sayı 60 mini keçib

Növbəti Yazı

ABA: Mərkəzi Bankla birgə makroiqtisadi stress-test ssenariləri hazırlanacaq – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.