Mingəçevir Dövlət Universitetinin Elmi şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti Elmi şurasının iş planının təsdiq edilməsi haqqında”, “2023/2024-cü tədris ilinin yaz və yay imtahan sessiyasının yekunları haqqında”, “2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında” və “2024/2025-ci tədris ilində qarşıya qoyulan vəzifələr haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Elmi şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.