Belarus hökuməti Ukrayna ilə tikinti fəaliyyəti üçün dövlət lisenziyalarının qarşılıqlı tanınması haqqında sazişə xitam verib. Baş nazir Roman Qolovçenkonun imzaladığı müvafiq fərman milli hüquqi internet portalında dərc olunub.
“Belarus Respublikası hökuməti ilə Ukrayna hökuməti arasında Belarus Respublikası və Ukraynanın lisenziyalaşdırma mərkəzləri tərəfindən verilmiş tikinti fəaliyyəti üçün dövlət lisenziyalarının qarşılıqlı tanınması haqqında 1996-cı il mayın 17-də Kiyevdə imzalanmış sazişə xitam verilsin” sənəddə qeyd edilir.
Qətnaməyə uyğun olaraq, Xarici İşlər Nazirliyinə Ukrayna tərəfinə müqavilənin ləğvi barədə bildiriş göndərmək tapşırılıb. (Tass)