Belarus Müdafiə Nazirliyi Kursk vilayətinə Belarus hərbi qulluqçularının göndərilməsi planları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Belarusun STV telekanalına Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Natalya Qavrusik bildirib : “Belarus ordusunun hərbi qulluqçularının Rusiya Federasiyasının Kursk vilayəti ərazisinə göndərilməsi ilə bağlı heç bir qərar verilməyib”.
Minsk bu məlumatı “internetdə ekstremist resurslar tərəfindən yayılan” saxta adlandırıb. “Saxta sənədin müəllifləri demək olar ki, Photoshop-u mənimsəyiblər, lakin işgüzar yazışmaların necə aparılmasından xəbərləri yoxdur”, – telekanal qeyd edib. (Tass)