Slovakiyanın Müdafiə Nazirliyi Slovakiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcılarının və Kub hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsi ilə bağlı respublikanın keçmiş baş naziri Eduard Heqer və keçmiş müdafiə naziri Yaroslav Nağıya qarşı cinayət işi başlamaq niyyətindədir.Bu barədə Müdafiə Nazirliyinin dövlət katibi İqor Meliher mətbuat konfransında bildirib.
“Cümə günü biz Eduard Heqer və keçmiş [müdafiə] naziri Yaroslav Nağıya qarşı cinayət işlərinə başlayacağıq”, – pravda.sk internet portalı Meliherdən sitat gətirib.
Meliherin sözlərinə görə, cinayət işinin başlanmasına səbəb vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti vəzifələrin pozulması ilə bağlı şübhələr olacaq. (Tass)