Fevral 6, 2026-3:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinin təbliği ilə bağlı yeni layihəyə başlanılır

2026:02:05 - 16:39
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mirzə Qədim irsinin işığını paylaşaq” adlı layihənin icrasına başlanılır.

Bunu “Report”a açıqlamasında “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı deyib.

O qeyd edib ki, Qərbi Azərbaycanın dahi sənətkarı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsini müasir metodlarla təbliğ etməyi hədəfləyən layihə üç əsas mərhələdən ibarət olacaq:

“İlk mərhələdə Bakı şəhərində yerləşən orta təhsil müəssisələrindən birində onun irsinin tanıdılması məqsədilə maarifləndirici konfrans təşkil olunacaq. Eyni zamanda, Qərbi Azərbaycanın mədəni irsinin xarakterik elementlərini tərənnüm edən dekorativ-tətbiqi sənət nümunələrindən ibarət xüsusi sərgi nümayiş etdiriləcək. Daha sonra ali təhsil ocaqlarının birində Mirzə Qədim irsinin qorunmasında və bərpasında innovativ texnologiyaların tətbiqi mövzusunda mühazirə oxunacaq. Tələbə və gənc mütəxəssislər üçün Qərbi Azərbaycanın mədəni kodlarını təbliğ edən sənət nümunələrinin təqdimatı keçiriləcək”

L.Sərdarlı vurğulayıb ki, üç ay davam edəcək yaradıcılıq prosesi çərçivəsində sənətkarın üslubunu əks etdirən 5 ədəd tam yeni dekorativ-tətbiqi sənət nümunəsi hazırlanacaq. Həmçinin, Azərbaycanın tanınmış mədəniyyət ocaqlarından birində təqdim ediləcək.

Əvvəlki Yazı

İlham Əliyev Kahramanmaraşdakı zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

Növbəti Yazı

Ekspert: Diplomları tanınmayan xarici ali təhsil müəssisələrində oxuyanlara hərbi möhlət hüququ verilməməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.