Misir hakimiyyəti Livanın cənubunda artan gərginliyi narahatlıqla izləyir və İsrail qüvvələrinin Livan ərazisinə hücumlarının bölgədə hərtərəfli müharibəyə səbəb ola biləcəyinə inanır. Bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Misir Livanın cənubunda təhlükəli eskalasiyadan və Livan ərazilərinin suverenliyinə və birliyinə xələl gətirən İsrail reydlərindən dərin narahatdır”, – bəyanatda deyilir. Misir Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, “İsrailin haqsız hərəkətləri fəlakətli nəticələrə və heç kimin toxunulmaz qala bilməyəcəyi regionda hərtərəfli müharibəyə səbəb ola bilər”. Xarici İşlər Nazirliyinin vurğuladığı kimi, Qahirə “hər hansı birtərəfli hərəkətləri, mülki şəxslərə hücumları və beynəlxalq hüququn pozulmasını pisləyir”.
Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, bölgədəki gərginliyin əsas səbəbi Qəzza zolağı və İordaniyanın Qərb Sahilindəki vəziyyətdir ki, bu da “Fələstin anklavında atəşkəslə bağlı təcili qərarın verilməsini tələb edir”. (Tass)