Avqust 21, 2025-13:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Misir Mərdanov: Gənclər Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda fəal olmalıdırlar

2025:08:08 - 18:10
in SİYASƏT
A A

Gənclər Qərbi Azərbaycanın təbliğində, o regionun həqiqətlərini, tarixini və mədəniyyətini beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdırlar.

“Report”un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan İcması (QAİ) Müşahidə Şurasının sədri Misir Mərdanov deyib.

O, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş paneldə azərbaycanlıların öz tarixi-etnik torpaqlarından deportasiya edildiyini, soyqırımına məruz qaldığını da xatırladıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, QAİ-nin fəxri üzvü Əmir Əli Sərdari İrəvani də çıxış edib.

O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, şəhərin ən məşhur abidələrindən biri olan Sərdar sarayının İrəvan xanlarının iqamətgahı olduğu barədə panel iştirakçılarına məlumat verib.

Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb:

“Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın otuz illik işğalına son qoyuldu”.

Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlardan danışılıb, o bölgədə törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab təqdim olunub, foto-sərgi və film nümayiş etdirilib.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.

Əvvəlki Yazı

Reuters: Ermənistan və Azərbaycan avqustun 8-də ABŞ-da sülh sazişi imzalayacaqlar

Növbəti Yazı

AZAL-ın vitse-prezidenti: İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.