Misirin şimalındakı İsgəndəriyyə şəhərində bir misirli polis iki israilli turisti güllələyərək öldürüb, Sada əl-Balad telekanalı təhlükəsizlik mənbəsinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, polis məmurlarından biri İsrail turist qrupuna fərq qoymadan atəş açıb, nəticədə iki İsrail və bir Misir vətəndaşı həlak olub. Daha bir misirlinin yaralandığı bildirilir.
Təhlükəsizlik mənbəsi polisin saxlanıldığını bildirib. (Tass)