Misir prezidenti Əbdülfəttah əs-Sisi İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı Yaxın Şərqdə mövcud münaqişənin genişlənməsinin və onun geniş regional müharibəyə çevrilməsinin yolverilməzliyindən danışıb. Bu barədə Misir liderinin administrasiyasının Qahirədə İran Xarici İşlər Nazirliyinin rəhbəri ilə apardığı danışıqların yekunlarına dair xüsusi bəyanatında deyilir.
Əl-Sisi “Misirin hazırkı münaqişəni genişləndirməməyə və regionun bütün ölkələrin və xalqların təhlükəsizliyi və gələcəyi üçün ciddi nəticələrə səbəb olacaq hərtərəfli müharibəyə doğru sürüşməsinin qarşısını almağa çağıran mövqeyini bir daha təsdiqlədi”, sənəddə qeyd edilir. (Tass)