Fələstin anklavında gərginliyin kəskin artmasından sonra 14 mindən çox əcnəbi və ikili vətəndaşlığı olan şəxs Qəzza zolağından Misirə təxliyə edilib. Bu məlumatı Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan verib.
“Gərginliyin artdığı vaxtdan indiyədək 14 023 əcnəbi və ikili vətəndaş, həmçinin 2 135 misirli Qəzzadan Rəfah keçid məntəqəsi vasitəsilə Misirə aparılıb”, – deyə Rəşvan təşkilatın rəsmi saytından sitat gətirib. O əlavə edib ki, bu günə qədər İsrail qüvvələrinin Qəzzanı bombalaması nəticəsində yaralanan və müalicə üçün Misir xəstəxanalarına paylanan ağır xəstələrdən 773 nəfəri sektordan Misirə çatdırılıb. (Tass)