Rafah keçid məntəqəsi Misir tərəfdə açıqdır və Qahirə xarici vətəndaşların Qəzza zolağından keçərək getməsinin qarşısını almaq üçün məsuliyyət daşımır. Bu barədə Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Rəfəh keçid məntəqəsi açıqdır və Misir üçüncü ölkə vətəndaşlarının [buradan] çıxmasının qarşısını almaqdan məsul deyil” deyən Əbu Zeid Qərb mediasını “indiki böhranda Misirə hücum etməkdə” ittiham edib. (Tass)