Misir Türkiyənin paytaxtında Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını qətiyyətlə pisləyib və hadisə ilə bağlı Türkiyə hökuməti və xalqı ilə tam həmrəy olduğunu bildirib. Bu barədə Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Misir qardaş Türkiyə, onun hökuməti və xalqı ilə tam həmrəy olduğunu bir daha təsdiqləyərək, yaralıların tezliklə sağalmasını diləyib. Misir Ərəb Respublikası da sabitliyin pozulmasına və vətəndaşların təhdidinə səbəb olan terror və zorakılığın bütün formalarını rədd edən qəti mövqeyini bir daha təsdiqlədi. ”, – XİN rəsmi “Facebook” səhifəsində bildirib.(Tass)