Misir və Qətər Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinə mane olan maneələri aradan qaldıra bilib. Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Onun mənbəsinin sözlərinə görə, “hər iki tərəf (İsrail və Fələstin HƏMAS hərəkatı) atəşkəs razılaşmasının şərtlərinə əməl edəcək”. Hələlik əlavə məlumat verilməyib.