Misir prezidenti Əbdülfəttah əs-Sisi və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Qəzzadakı vəziyyəti, anklava humanitar yardımın çatdırılmasını müzakirə edib və Fələstin sektorunda atəşkəs əldə etməyə davam etmək barədə razılığa gəliblər. Bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat verib.
“Söhbət zamanı bölgədəki, xüsusən də Qəzza zolağındakı vəziyyət gərgin siyasi və humanitar vəziyyət fonunda müzakirə edildi” deyə Fəhmi Facebook-da qeyd edib.O əlavə edib ki, tərəflər “Misirin Qəzza xalqına dəstək üçün lazım olan ən böyük humanitar yardımı zolağa çatdırmaq səylərini” müzakirə ediblər.
Misir prezidentinin sözçüsü bildirib ki, Əl-Sisi və Putin “[sektorda] atəşkəsi ciddi şəkildə davam etdirməyə və beynəlxalq ictimaiyyətin bu məqsədə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməsinə” razılaşıblar. (Tass)