Misir Xarici İşlər Nazirliyi Amerikanın “ The Wall Street Journal” qəzetinin Qahirənin Suriya prezidenti Bəşər Əsədə ölkəni tərk etməyi və onun sərhədləri xaricində yeni Suriya hökuməti qurmağı tövsiyə etdiyi iddiası ilə bağlı məlumatı təkzib edib.
Misir Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir: “Misir Ərəb Respublikası The Wall Street Journal-ın Misir rəsmilərinin Suriya prezidentini [Bəşər Əsədi] ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırması ilə bağlı xəbərini qəti şəkildə rədd edir” . Agentlik bu məlumatın “tamamilə əsassız” olduğunu təsdiqləyib.
Amerika qəzetindəki bu məqalə ilə əlaqədar Misir Xarici İşlər Nazirliyi bütün medianı “dərc etdikləri məlumatlarda dəqiq olmağa” çağırıb. (Tass)