Misirin xarici işlər naziri Bədr Abdel Ati rusiyalı həmkarı Sergey Lavrovu Qahirəyə səfərə dəvət edib. O, bu barədə Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Əl-Qahirə əl-İxbariyyə telekanalı tərəfindən yayımlanan birgə mətbuat konfransında bildirib.
“Biz rusiyalı həmkarlarımıza səmimi qəbula görə təşəkkür edirik və Sergey Lavrovun yaxın vaxtlarda Qahirəyə səfər edəcəyini gözləyirik”, – deyə Abdel Ati bildirib. (Tass)