Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının namizədi, parlamentin keçmiş üzvü Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib. Bunu parlamentin saytında canlı yayımlanan səslərin hesablanmasının nəticələri sübut edir.
300 seçicidən ibarət kollecin 224 üzvü Kavelaşviliyə səs verib. İlk turda qalib gəlmək üçün o, səslərin üçdə ikisini toplamalı idi.
“MSk katibinin təqdim etdiyi nəticələrə əsasən, Mixeil Kavelaşvili prezident seçilib”, – MSK sədri Giorgi Kalandarişvili yekun seçki protokolunu imzalayarkən deyib.
MSK katibi Giorgi Cavaxişvilinin izah etdiyi kimi, prezident seçkilərində ümumilikdə 225 seçici iştirak edib. Bir seçki bülleteni ləğv edildi. (Tass)