Hindistan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Bunu Hindistanın baş naziri Narendra Modi Kremldə Rusiya və Hindistan nümayəndə heyətləri arasında rəsmi danışıqlar başlamazdan əvvəl deyib.
Hindistan hökumətinin başçısı qeyd edib ki, “Hindistan son 40-50 ildə terrorizmdən əziyyət çəkir”. “Biz onun nə qədər dəhşətli olduğunu hiss edirik” deyib Modi.
Onun sözlərinə görə, Hindistan Moskva və Dağıstanda baş verən son terror aktlarından sonra Rusiyanın hansı ağrı-acı çəkdiyini yaxşı anlayır. “Biz terrorizmin bütün növlərini qətiyyətlə pisləyirik. (Tass)