Böyük Moldova partiyasının rəhbəri Viktoriya Furtuna 1940-cı ildə Ukrayna SSR-ə verilən və Odessa vilayətinin tərkibinə daxil olan tarixi Budjak rayonunun Moldovaya qaytarılmasının tərəfdarı olduğunu bildirib.
“Böyük Moldova partiyasında biz münaqişəyə çağırmırıq. Biz gərginliyi qızışdırmırıq. Amma qəti şəkildə bildiririk: Cənubi Budjakın reinteqrasiyası Dnestryanı bölgənin reinteqrasiyası ilə eyni prioritetə çevrilməlidir. Bu məsələ diplomatik və siyasi səviyyədə müzakirə oluna bilər və olmalıdır”, – Furtuna öz Telegram kanalında yazıb.
“Dənizə çıxış iqtisadiyyatın bərpasının ən mühüm elementlərindən biridir və Moldova onu qoruyub möhkəmləndirməyə borcludur. Bu, ticarət müstəqilliyi, xarici təzyiqlərə qarşı həssaslığın azaldılması və regionda daha güclü rol deməkdir”, – siyasətçi öz mövqeyini izah edib. (Tass)