Moldova parlamenti qarşısında vətəndaş fəallarının təşkil etdiyi Fələstinə dəstək aksiyasında onlarla insan iştirak edib. İştirakçılar özləri ilə “Soyqırımı dayandırın”, “Azad Fələstinə” və digər şüarlar yazılmış plakatlar gətiriblər.
“Biz Moldova parlamentindən fələstinlilərin soyqırımını, qətlləri, məcburi evakuasiyanı, mülkiyyətdən məhrum edilməsini, zülmü və İsrail dövlətindəki aparteid rejimini pisləməyi xahiş edirik. Biz parlamentdən Fələstin dövlətinin müstəqilliyini tanımasını xahiş edirik. 138 ölkə olduğu kimi Fələstinin də” aksiyanın təşkilatçılarından biri nümayişçilərin tələblərini sadalayıb.
“Qəzza zolağında bir milyonu uşaq olmaqla 2 milyon fələstinli var və onlar işğalçı İsrail dövləti tərəfindən davamlı bombardmanlara məruz qalırlar. Fələstin xalqını dəstəkləmək HƏMAS-a dəstək verməklə eyni deyil. Bundan əlavə iztirab və ölüm, İsrail qüvvələrinin zorakılığı HƏMAS üçün işə götürmə vasitəsi rolunu oynayır.Bu zorakılıq dövrü dayandırılmalıdır” deyə etirazçılardan biri bildirib.
Fələstin xalqını dəstəkləyən natiqlər Moldova parlamentinə, hökumətinə və prezidentinə müraciət edərək sülh çağırışı üçün bütün diplomatik kanallardan istifadə etməyə çağırıblar. (Tass)