Moldova parlamenti Rusiya Federasiyasının respublika üçün əsas təhlükə kimi təqdim olunduğu yeni müdafiə strategiyasını birinci oxunuşda təsdiqləyib.
Sənəddə deyilir ki, Rusiyanın mümkün məqsədlərindən biri Moldova sərhədlərinə quru hərbi dəhliz yaratmaq niyyətidir və bu, guya “konstitusiya quruluşu və dövlətçiliyə birbaşa təhlükə ola bilər”. Strategiyanı deputatlara ölkənin müdafiə naziri Anatoli Nosatı təqdim edib. (Tass)