Moldova sərhəd polisi Ukrayna ilə sərhəddə səfərbərlikdən yayınan daha bir qrup Ukrayna vətəndaşını saxlayıb.
“Moldova ərazisinə qanunsuz daxil olan və ölkədən sığınacaq istəyən 6 ukraynalı saxlanılıb. Onların hər biri keçidin təşkilatçılarına 4 min dollar ödəyib”.
Bundan əvvəl sərhədçilərə nəzarət edən Moldova Daxili İşlər Nazirliyinin rəhbəri Adrian Efros Moldova hüquq-mühafizə orqanlarının Ukraynaya öz vətəndaşlarının səfərbərlikdən qaçması ilə mübarizədə köməklik göstərəcəyini, bunun üçün birgə sərhəd patrullarının təşkil olunacağını bildirmişdi. O izah edib ki, 18-60 yaş arası ukraynalı sərhəd pozucuları bu yolla “həyatlarını xilas etməyə çalışırlar”.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Moldova sərhəd polisi demək olar ki, hər həftə Moldova vətəndaşlarının köməyi ilə sərhədi qanunsuz keçməyə cəhd edən hərbi yaşda olan kişilərdən ibarət qrupları saxladıqlarını bildirir. Belə bir xidmətin dəyəri 10 min dollara çatıb. (Tass)