Moldova polisi noyabrın 1-də ölkənin 13 regionunda baş vermiş seçici rüşvəti ilə bağlı kütləvi axtarışlardan sonra dörd nəfərin həbs olunduğunu elan edib.
“Seçicilərin qanunsuz maliyyələşdirilməsi və rüşvət alınması ilə bağlı bir neçə cinayət işi üzrə 4 nəfər saxlanılıb”, – Baş Polis Komissarlığının mətbuat xidmətindən bildirilib. Onun sözlərinə görə, saxlanılanlar “Pobeda” müxalifət blokunun fəallarıdır.
Oktyabr ayında mindən çox insan üzərində axtarış aparılıb, onlarla insan saxlanılıb. “Pobeda” blokunun rəhbəri İlan Şor hakimiyyətin ittihamlarını əsassız və axtarışları seçki performansı adlandırıb. O, əmin edib ki, bütün ittihamlar məhkəmələrdə sübuta yetirilə bilməz. (Tass)