Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi Moldovaqaz şirkətinin son istehlakçılar üçün qaz tariflərinin təxminən 18% aşağı salınması tələbini təsdiqləyib.
“Məişət istehlakçıları üçün tarif fevralın 23-dən 3,3 ley aşağı salınacaq”, – agentliyin mətbuat xidmətindən bildirilib. Beləliklə, məişət istehlakçıları üçün qazın qiyməti 1 kubmetr üçün 18,1 leidən 14,7 leyə (0,7 avro) enəcək.
Ötən il qaz və elektrik enerjisinin bahalaşması səbəbindən respublikada enerji böhranı yaşanır. Bu, illik 30%-i keçən inflyasiyaya səbəb oldu. 2022-ci ildən ölkədə Moldova prezidenti Maia Sandunun istefası və növbədənkənar parlament seçkiləri tələbi ilə müxalifətin kütləvi etirazları keçirilir. Etirazçılar hakimiyyəti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə və həyat səviyyəsinin aşağı düşməsində ittiham edirlər. (Tass)