Monqolustanın Dövlət Böyük Xurasına (parlament) seçkilər 23 partiya və 2 siyasi koalisiyanın iştirakı ilə keçiriləcək. Bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.
“Parlament seçkilərində iştirak etmək üçün təqdim olunmuş 26 partiya və alyansdan 3-nün müraciəti seçki qanunvericiliyinə uyğun olmadığı üçün rədd edilib, beləliklə, iyun ayında keçiriləcək seçkilərdə 23 siyasi partiya və 2 alyans iştirak edəcək” bəyanatında deyilir.
Komissiyadan verilən məlumata görə, seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş partiya və koalisiyalar mayın 14-dən mayın 20-dək namizədlərini seçəcəklər. İyunun 10-da Baş Seçki Komissiyası rayonlar üzrə partiya siyahılarının tərkibini elan edəcək və namizədlərə vəsiqələr verəcək. (Tass)