28-də Monqolustanın Dövlət Böyük Xuralına (Parlament) seçkilər üzrə səsvermə günü Starlink avadanlıqlarından istifadə olunacaq. Bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.
“Monqolustanda keçirilən bu parlament seçkisi unikaldır ki, SpaceX-in Starlink avadanlığı seçki günü internetə çıxışın olmadığı təxminən 400 yerdə, xüsusən də internetin faktiki olaraq əhatə olunmadığı dövlət sərhədi boyunca yerləşdiriləcək”, – seçki ofisindən bildiriblər.
Monqolustan əhalinin sıxlığına görə ən kiçik ölkələrdən biridir: hər kvadratmetrə iki nəfər. Bu onunla əlaqədardır ki, burada ənənəvi köçəri maldarlıq qorunub saxlanılmışdır ki, bu da otlaqlar üçün geniş yerlər tələb edir. Yaşayış məntəqələri arasında böyük məsafələr həmişə internetə çıxışa imkan vermir.
Eyni zamanda, Monqolustanın 3,5 milyondan çox əhalisinin demək olar ki, yarısı paytaxtda yaşayır. Onun səlahiyyətliləri SpaceX aerokosmik şirkəti ilə 2023-cü ildə əməkdaşlıq haqqında razılığa gəliblər. Ölkədə Starlink xidmətləri 2024-cü ilin yazında istifadəyə verilib. (Tass)