İyun 15, 2025-13:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb

2025:04:02 - 17:42
in MƏDƏNİYYƏT
A A

Moskvada nəşr olunan “İrs-Nasledie” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Musa Mərcanlının faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş redaktor məqaləsi ilə açılır. Materialda təkcə İkinci Dünya müharibəsi və Nürnberq məhkəmələri zamanı baş verən hadisələr deyil, həm də XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı mövcud problemlər araşdırılır. Erməni radikal qrupları tərəfindən “tarixi ədalətin bərpası” şüarı altında dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən kütləvi qətllərə və etnik təmizləmələrə xüsusi diqqət yetirilir.

Məqalədə vurğulanır ki, nasizmin cinayətlərindən heç də az vəhşi xarakter daşımayan bu əməllər lazımi beynəlxalq qiymətini almayıb, hətta erməni cəmiyyətinin kütləvi şüurunda çox vaxt haqlı hal kimi qəbul edilir. Müəllifin fikrincə, bu amil Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişinə mənfi təsir göstərməkdə davam edir.

Nürnberq məhkəməsində SSRİ-dən olan tərcüməçilərdən biri Ələsgər Məmmədovun ifadəsinə əsaslanan məqalə böyük maraq doğurur. O, sonralar görkəmli şərqşünas və almanşünas alim, Azərbaycan ərəbşünaslığının banisi olub.

Jurnalın tarix mövzusu Rusiya imperiyasına mühacirət etmiş və Şuşada yaşamış Qacarlar sülaləsinin şahzadəsi, Azərbaycanəsilli Bəhmən Mirzə haqqında məqalə ilə davam edir. Onun əsərləri bölgənin tarixinə və Şərq mədəniyyətinə dair mühüm mənbədir.

Qədim dövrlərdə Azərbaycan əhalisi arasında geyim bəzəkləri haqqında məqalə də xüsusi maraq doğurur. Bu elementlər estetik dəyəri ilə yanaşı, xalqın inanclarını, mənəvi dünyasını əks etdirir, eyni zamanda, Azərbaycanın Roma imperiyası və digər dövlətlərlə mədəni və ticarət əlaqələrindən xəbər verir.

Əvvəlki nömrələrdə olduğu kimi, bu buraxılışda da jurnalın ənənəvi bölmələri də daxil olmaqla Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin müxtəlif aspektlərini əhatə edən materiallar dərc olunub.

Əvvəlki Yazı

Handelsblatt: Aİ rəhbərliyi ABŞ-ın tariflərinə qarşı cavab tədbirlərini müzakirə edir

Növbəti Yazı

CBS jurnalisti iddia edir ki, Dmitriev aprelin 2-də ABŞ-da Witkoffla görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.