Məhəmməd Xalid Camali jurnalistlərə bildirib ki, Rusiya və Pakistan yaxın vaxtlarda Moskvada hökumətlərarası komissiyanın iclasını keçirəcək.
“Tezliklə Moskvada hökumətlərarası komissiyanın iclası olacaq.
O qeyd edib ki, hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara yaxındır. “Və biz inanırıq ki, Rusiya Pakistanda enerji kəsirini doldura biləcək ölkədir”, – səfir bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistanın xarici işlər naziri İshaq Dar ilə görüşdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin aktivləşdirilməsinin zəruriliyini qeyd edib.