Mozambikdə yüksək rejimli həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb. Mozambik polis qüvvələrinin komandiri Bernardino Rafael bildirib ki, 1534 məhbusun qaçması müxalifətin lideri Venansio Mondleynin çağırışı ilə baş verən nümayişlər kontekstində mümkün olub.
“1534 məhbus, o cümlədən terrorizmdə məhkum olunmuş, paytaxt Maputodan 14 km uzaqlıqda yerləşən yüksək təhlükəsizlik həbsxanasından qaçıb” deyib. Müxalifət lideri Venansio Mondleynin çağırışı ilə qarşıdakı 48 saat ərzində Maputo şəhərində cinayətin kəskin artacağını gözləyirik”.
Ədliyyə Nazirliyinin daimi katibi Justino Tonela bildirib ki, qaçış 3000 məhbusun yerləşə biləcəyi həbsxanadakı qiyamın nəticəsidir və baş verənlərin dəqiq təfərrüatları hələ də müəyyənləşdirilir. (Tass)