Avqust 20, 2025-12:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verilib

2025:08:19 - 11:04
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəblərinin attestasiyasının nəticələrinə əsasən müəllimlər üçün təlimlərin ikinci mərhələsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlər iki ay davam edəcək. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə 70-dən çox müəllim proqramda iştirak edir.

Təlimlər Bakı şəhər Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində və Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində təşkil olunur. Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən dərslərdə fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları tətbiq edilir.

MEMİM-in direktoru Vüqar Hümbətov, həmkarlar ittifaqının sədri Elkiyar Ziyadov və sədr müavini Taleh Hüseynli ilk dərsdə müəllimlərlə görüşərək təşəbbüsün əsas məqsədinin bilik və bacarıqların artırılması, müasir tədris metodlarının mənimsənilməsi və peşəkar inkişafın dəstəklənməsi olduğunu bildiriblər.

Xatırladaq ki, may–iyul aylarında keçirilmiş ilk mərhələ üzrə təlimlərə 100-dən çox müəllim qatılıb.

Əvvəlki Yazı

Mərakeş vətəndaşlarının ölkəmizin turizm məkanlarına marağı artıb

Növbəti Yazı

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan iki sexin fəaliyyəti dayandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.