May 9, 2025-17:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

2024:04:25 - 13:07
in İQTİSADİYYAT
A A

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır. Ədalətin bərpası və hüquqların təmin olunması iqtisadiyyatın və ümumilikdə cəmiyyətin inkişafına xidmət edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Arbitraj Assosiasiyasının sədri hüquq professoru Kəmalə Mehdiyeva deyib. O bildirib ki, Azərbaycanda da iqtisadi proseslərin sürətlənməsi, inkişafı, yeni iqtisadi subyektlərin yaranması arbitraj haqq qanuna böyük ehtiyac yaratmışdı. 2023-cü ilin dekabrın 26-da Milli Məclis Azərbaycan Arbitraj Assosiasiyasının yaxından iştirakı ilə hazırlanan “Arbitraj haqqında” Azərbaycan Respublikasının qanununu qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti 25 yanvar 2024-cü ildə bu qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzaladı. “Arbitraj haqqında” qanun Azərbaycanda sahibkarlığın və özəl sektorun inkişafına, dövlət ilə biznes strukturlarının qarşılıqlı münasibətlərinə aydınlıq gətirməklə yanaşı, həm də cəmiyyətdə ədalətin əsas prinsip olmasını təmin edəcək.

K.Mehdiyeva bildirib ki, Azərbaycan Arbitraj Günü ilə əlaqədar keçirilən tədbirdə 200-dən çox xarici qonaq, hüquq ekspertləri, yerli məhkəmələrin sədrləri və əməkdaşları iştirak edirlər. Tədbirdə Azərbaycanın rayon məhkəmələrinin hakimləri ilə beynəlxalq səviyyəli hüquqşünaslar görüş keçirərək müxtəlif hüquq məsələləri müzakirə edəcək, təcrübə mübadiləsi aparacaqlar ki, bu da olduqca əhəmiyyətlidir.

O deyib ki, 2 gün davam edəcək tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi böyük dəstək verir. Tədbirin panel iclaslarında 400-dən artıq məruzə dinləniləcək. Bu məruzələrdə əsasən qlobal xarakter daşıyan hüquqi problemlər və onların həlli yolları barəsində fikir və mülahizələr irəli sürüləcək, təkliflər veriləcək və müzakirələr aparılacaq.

Əvvəlki Yazı

Ermənistan daimi sülh üçün özündə güc tapıb real addımlar atmalıdır – RƏY

Növbəti Yazı

Sahil Babayev: “Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.