İyun 23, 2025-12:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Müddəti ötmüş məhsulların satışına görə vəzifəli şəxslər 20 min manat cərimələnib

2023:12:28 - 16:56
in HADİSƏ
A A

İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluq tərəfindən qida təhlükəsizliyi sahəsində əhalinin həyat və sağlamlığının qorunması, habelə istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi – “Azvitamin” MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, “AGR Group” MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs – Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunub.

Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.

Əvvəlki Yazı

PAŞA Holding şəhid övladlarını 2024-cü ildə də sığortalayacaq

Növbəti Yazı

Gələn ildən tütün idxal və istehsal edən sifarişçilər “Təqib və İzləmə” sisteminə qoşulmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.