İyul 8, 2025-3:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Muğam” Televiziya Müsabiqəsi başlayır

2025:04:25 - 15:05
in MƏDƏNİYYƏT
A A

Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsi başlayır.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçiriləcək müsabiqənin hazırda seçim turları keçirilir.

Aprelin 30-dək davam edəcək seçim turlarında münsiflər heyəti respublikanın bütün bölgələrindən müsabiqəyə sənəd təqdim edən iştirakçılar sırasından 20 nəfər gənc və 10 nəfər yeniyetməni seçəcək.

Münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.

Mayın 13-də start götürəcək IX “Muğam” Televiziya Müsabiqəsində yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edəcək. Yaşı 14-dən 17-yə qədər oğlanlar səs dəyişikliyi dövründə olmaları səbəbindən müsabiqəyə buraxılmır. Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışacaqlar.

Həftənin 2-ci və 4-cü günləri Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər.

Avqust ayının sonunda isə IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.

Əvvəlki Yazı

Vyanada “Əli və Nino”nun öz evinə uzun dönüş yolu” adlı məruzə axşamı təşkil edilib

Növbəti Yazı

Nazir: Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.