Avqust 18, 2025-13:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir təşkil olunub

2025:06:26 - 17:27
in SİYASƏT
A A

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub, bayram süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 noyabr Zəfərinin önəmini bildirib, Azərbaycan Silahlı Qüvvələrinin regionda sülhün və təhlükəsizliyin təminindəki roluna diqqət çəkib.

Əməkdar incəsənət xadimi, Silahlı Qüvvələrin polkovniki Abdulla Qurbani Azərbaycan Ordusunun yaranma tarixinə nəzər salıb. Polkovnik qeyd edib ki, müasir Azərbaycan Ordusunun yaranması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Ordusunun keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, Silahlı Qüvvələrimizin regionda sülhün və təhlükəsizliyin əsas qarantı olduğunu vurğulayıb. Qeyd edib ki, Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə respublikamızın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni status-kvo formalaşdırıb. Bu da ümumilikdə bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir.

Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və müharibə veteranları da bayram münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib, Azərbaycan Ordusuna sevgi və ehtiramlarını bildiriblər.

Tədbirdə Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən hərbi-vətənpərvərlik mahnıları ifa olunub.

Əvvəlki Yazı

Qarabağda avtomat meteoroloji stansiyaları quraşdırılacaq

Növbəti Yazı

Bakıda soyuducuda narkotik saxlayan ata və oğul tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.