İyul 5, 2025-5:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

2025:06:16 - 12:11
in SİYASƏT
A A

Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib. Tədbir Avropa Azərbaycan Mərkəzinin “Ana dilini qürur və sevgi ilə öyrən” layihəsi çərçivəsində təşkil olunub.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən məktəb, xaricdə yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı biliklər aşılayır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məktəbin şagirdləri və onların valideynləri bu mənalı gündə bir araya gələrək həm Vətənə bağlılıq ruhunu yaşadıb, həm də tarixi biliklərini yeniləyiblər.

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev tədbirdə çıxış edərək, iştirakçılara Milli Qurtuluş Gününün mahiyyətindən danışaraq bildirib ki, 1993-cü ildə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında və gələcək sabit inkişafının təmin edilməsində həlledici rol oynayıb.

Sonra müəllim Sahibə Payıküçük Milli Qurtuluş Gününə həsr olunmuş dərs apararaq uşaqlara bu tarixin mahiyyətini, ictimai-siyasi proseslərdəki yerini və bu günlə əlaqəsini izah edib.

Uşaqlar Azərbaycanın yaxın tarixi ilə tanış olub, milli şüurun formalaşmasında belə hadisələrin rolu barədə məlumatlandırılıblar.

Tədbirdə valideynlər də fəal iştirak ediblər. Onlar övladları ilə birlikdə dərsdə iştirak edərək belə təşəbbüslərin vacibliyini qeyd ediblər. Valideynlər bildiriblər ki, Azərbaycan dilinin və tarixinin xaricdə yaşayan uşaqlara sevgi ilə öyrədilməsi milli kimliyin qorunması baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Münster şəhərində keçirilən bu tədbir bir daha sübut etdi ki, Azərbaycan dili, tarixi və mədəniyyəti təkcə Vətəndə deyil, xaricdə də yaşadılır və gələcək nəsillərə sevgi ilə ötürülür. Azərbaycan dili həftəsonu məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, milli dəyərlərimizin Avropada qorunması və yaşadılması istiqamətində uğurla fəaliyyət göstərir.

Əvvəlki Yazı

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

Növbəti Yazı

Azərbaycanda məhsul festivallarının keçirilməsinə başlanılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.