AZƏRTAC xəbər verir ki, Paul Riçard Qallagerə tolerantlıq mərkəzi barədə məlumat verilib. Bildirilib ki, bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.
Sonra qonaq Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdəki dinlərə diqqət və qayğısını əks etdirən fotoqalereyaya baxıb.
Tolerantlıq Evindəki tarixi dini eksponatlarla tanış olan arxiyepiskop binada nümayiş etdirilən hər 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar haqqında məlumatlandırılıb.
Sonda Paul Riçard Qallager Tolerantlıq Evinin Xatirə kitabına ürək sözlərini yazıb.